Keyns multiplikatoru — iqtisadiyyatda hər hansı bir müsbət iqtisadi şokun (məsələn, dövlət xərcləri, investisiya və ya ixrac artımı) ümumi iqtisadi fəaliyyət üzərində yaratdığı çoxaldıcı təsiri ölçmək üçün istifadə olunan konsepsiyadır.[1] Con Meynard Keynsin məşhur makroiqtisadi nəzəriyyəsindən gəlir və xüsusilə ümumi tələbi artırmaq üçün hökumət siyasətinin təsirini təhlil edir.